‘Quranda Qadın’ Bölməsindən məqalələr

  • Qadınların razı salınaraq boşanılması

    Tarix: 23.05.10 | Bölmə: Quranda Qadın | Şərhlər: 0

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    İman və Allah qorxusu insanların həyatlarının hər anında vicdanlarına və Quran əxlaqına uyğun şəkildə hərəkət etmələrini təmin edir. Əks təqdirdə isə insanı nəfsinin eqoist istəkləri və şeytanın təlqinləri istiqamətləndirir. Bu da insanları doğru və gözəl olan münasibətlər əvəzinə nəfsini razı edəcək, şəxsi mənfəətlərini qoruyacaq davranışlara  gətirib çıxarır. Bu dünyagörüşü, boşanma zamanı iki insan arasındakı bəzi maddi əlaqələrə son verərkən özünü büruzə verir.

    Boşanma, nəfslərinin özünü idarə etməsinə icazə verən bəzi insanlar üçün, qarşı tərəflə olan bütün mənfəətlərin sona çatdırılması mənasını verir. Belələri mənfəətlər bitdiyindən qarşı tərəfə qayğı və maraq göstərmək üçün heç bir səbəb qalmadığına inanırlar. Çox vaxt ayrıldıqları insanlara qarşı bütün sevgi və hörmət hisslərini də itirdikləri üçün onlara qarşı yaxşılıq etmək istəmirlər. Yalnız öz mənfəətlərini düşünür, qarşı tərəfin vəziyyətini, çətinlik və ehtiyac içərisində olduğunu nəzərə almırlar. Məqalənin davamı »

  • Ailə həyatında Qadına verilən dəyər

    Tarix: 11.05.10 | Bölmə: Quranda Qadın | Şərhlər: 1

    İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda, bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə demək olar ki, qaçılmaz olur. Əgər insan sevgisini qarşısındakı insanın yalnız gözəlliyinə əsaslandırmışsa, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, buna görə də sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, ya da mövqe kimi dəyərlər də asanlıqla itirilməsi mümkün olan xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan, bunları itirdikdə artıq qarşısındakı adamı sevməyə, ona hörmət etməyə davam etmək üçün  heç bir səbəb tapa bilməyəcək. Məqalənin davamı »

  • Qadın-Kişi bərabərsizliyinə çarə: Quran Əxlaqı

    Tarix: 03.05.10 | Bölmə: Quranda Qadın | Şərhlər: 0

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    Həqiqi ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrıseçkiliyi çox qabarıq şəkildə nəzərə çarpır. Dünyadakı qadın-kişi bərabərsizliyi son dərəcə əhəmiyyətli problem yaratmışdır. Belə ki, dünyadakı bir çox ölkədə qadınlara çox vaxt ikinci təbəqə nümayəndəsi kimi baxılır və onlar cəmiyyətdən tədric edilirlər. Gücsüz və qorunmağa möhtac olduqları zənn edildiyi üçün əzilir və haqqları əllərindən alınır. Buna görə də qadınların fikirlərinə  çox əhəmiyyət verilmir.

    Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların işləyib müəyyən bir mövqeyə sahib olmalarına, hər hansı bir karyera əldə edərək zəkalarını, bacarıqlarını sübut etmələrinə əngəl törədilir. Bütün dünyada qadınlara özünə inamı olmayan, qeyri-sabit, zehni cəhətdən o qədər də inkişaf etməmiş insan kimi baxırlar. Bu yanlış “qadın xarakteri” anlayışı nəticəsində edilən hər hansısa səhv, o adamın insan olduğu üçün yox, qadın olduğu üçün etdiyi səhv kimi göstərilir. Məqalənin davamı »

  • Anaya verilən dəyər

    Tarix: 23.04.10 | Bölmə: Quranda Qadın | Şərhlər: 0

    Allah islam əxlaqı ilə insanların həm ictimai, həm də fərdi mənada bütün hüquqlarını  zəmanət altına almış və onlara ən rahat, ən dinc və ən xoşbəxt şəkildə yaşayacaqları yolu göstərmişdir. Quran əxlaqı qadın-kişi, gənc-yaşlı, zəngin-kasıb ayrıseçkiliyi etmədən bütün insanlara qarşı ədalətli, xeyirxah, mərhəmətli və səmimi olmağı tələb edir. Mömin qarşısında kim olursa olsun, həyatının sonuna qədər bu əxlaqı gücünün çatdığı ən gözəl şəkildə göstərməklə məsuldur. Çünki iman edən insan bütün gözəl əxlaq xüsusiyyətlərini Allah özünə əmr etdiyi üçün yaşayır. Buna görə də qarşısındakı adamın ictimai mövqeyi, cinsiyyəti, yaşı kimi faktorlar onun göstərəcəyi münasibət və davranışlarına təsir etmir. Məqalənin davamı »

  • Quranda qadına və kişiyə xitab eynidir

    Tarix: 22.04.10 | Bölmə: Quranda Qadın | Şərhlər: 0

    Quran ayələrinin hamısına baxdığımızda Allahın qadın və kişiyə ortaq xitab şəkli istifadə etdiyini görürük. Allah Quranda insanın gənc, yaşlı, qadın ya da kişi olmasının deyil, səmimi ürəklə iman etməsinin əhəmiyyətli olduğunu bildirir. Bu istiqamətdə Allah Quran ayələrində bütün xitabları qadına və kişiyə bir yerdə edir və hər ikisinin də eyni məsuliyyətlərə sahib olduqlarını xatırladır. Quranda bu şəkildə bir çox ayə var. Allah Quranın “Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa Surəsi, 124) ayəsində səmimi iman etdiyi zaman insanın qadın, ya da kişi olmasının heç bir əhəmiyyəti olmadığını, heç bir haqsızlığa uğramadan, mütləq Allahın rəhməti və cənnəti ilə qarşılıq görəcəyini xatırlatmışdır. Məqalənin davamı »

  • Quranda qadına verilən əhəmiyyət

    Tarix: 21.04.10 | Bölmə: Quranda Qadın | Şərhlər: 0

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    Bəzi insanlar İslamda qadına nə qədər böyük əhəmiyyət verildiyindən xəbərsizdirlər. Quran haqqında yetərli məlumata sahib olmayan bu insanlar, hətta qadınların özləri belə  bu gerçəyi bilmədikləri üçün haqlarını cahiliyyə əxlaqındakı yanlış üsul və tətbiqlərlə qorumağa çalışırlar. Hazırda dünyadakı qadın cəmiyyətlərinə baxdığımızda bu həqiqət çox açıq şəkildə ortaya çıxır. Dünyanın bir çox ölkəsində şiddətə və pis münasibətə  məruz qalan, işsiz, yardıma möhtac, yaşlılar evində tərk edilmiş çox qadın var  və onların bu vəziyyətlərinə hələ çarə tapılmayıb. Məsələnin həlli yolları isə səhv yerlərdə axtarılır. Cahiliyyə sistemi içərisində, cahiliyyə məntiqi və cahiliyyə qaydalarını əsas götürərək tapılacaq çarələr, izləniləcək yollar insanları bir  nəticəyə çatdırmaz. Məqalənin davamı »

  • İslamiyyəti Seçən İlk Qadın Səhabə: Hz. Xədicə (r.ə)

    Tarix: 16.04.10 | Bölmə: Quranda Qadın | Şərhlər: 0

    Sevimli Peyğəmbərimiz Hz. Məhəmməd (səv)-in ilk xanımı olan Hz. Xədicə (r.ə), eyni zamanda Müsəlmanlığı ilk qəbul etmiş qadın olaraq üstün əxlaqı və imanıyla hər zaman möminlərə nümunə olmuşdur. Dəyərli anamız ağlı, fərasəti, bəsirəti və hikməti ilə Quran əxlaqının yayılmasında böyük səy göstərmiş, Peyğəmbər Əfəndimiz (səv)-in ən böyük dəstəkçilərindən biri olaraq təvəkkülü, cəsarəti, fədakarlığı ilə də bütün Müsəlmanlara nümunə olmuşdur. Uca Allahın Quranda:

    “… Doğrusu, Biz onlara Zikr gətirdik …” (Muminun Surəsi, 71)

    Məqalənin davamı »