‘Quranda adı keçən qadınlar’ Bölməsindən məqalələr
-
İnkarçı qadınlar: Hz. Lutun və Hz. Nuhun həyat yoldaşları
Allah Quranda imanlarındakı səmimiyyətləri və əxlaqlarının gözəlliyi ilə nümunə olan qadınlardan əlavə, inkar edən və buna görə də cəhənnəm əzabına düçar olan qadınlar haqqında da məlumat vermişdir. Allahın Quranda diqqət çəkdiyi bu qadınların ikisinin də ən əhəmiyyətli xüsusiyyətləri peyğəmbərlərin həyat yoldaşları olmalarıdır.Peyğəmbərlər Allahın seçdiyi, elçi olmaqla şərəfləndirdiyi, elmlərini və güclərini artırdığı üstün insanlardır. Buna görə də Hz. Nuhun və Hz. Lutun həyat yoldaşlarının peyğəmbərlərin səmimi şəxsiyyətlərinə, gözəl əxlaqlarına, hikmətli danışıqlarına, ağıllı qərarlarına hər an şahid olduqları və onların Allahdan gələn haqq sözlə hərəkət etdiklərini bildikləri halda iman etməmələri çox əhəmiyyətlidir. Onların bu hərəkətləri bütün iman edənlər üçün ibrət olmalıdır. Məqalənin davamı »
-
Hz. Musanın anasının təvəkkülü
Allah Quranın “Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi!” (Qəsəs Surəsi, 4) ayəsiylə Misir Fironunun azğın və zalım hökmdar olduğunu, xalqa çox şiddətli zülm tətbiq etdiyini, qövmündəki bütün oğlanları öldürdüyünü bildirmişdir.
Hz. Musa Fironun bu zalım hakimiyyəti əsnasında Misirdə dünyaya gəlmişdir. Allah Hz. Musanı seçmiş və onu Fironun bu azğınlığına qarşı mübarizə etməklə vəzifələndirmişdir.
Hz. Musa Fironun bütün oğlanları öldürülməsini əmr etdiyi dövrdə dünyaya gəlmişdir. Allah Hz. Musanın həyatda qala bilməsi üçün anasına vəhy etmiş və ona Hz. Musanı sandığa qoyaraq suya buraxmasını bildirmişdir: Məqalənin davamı »
-
Hz. Musanın kömək etdiyi qadınlar
Allah Quranda Hz. Musanın Firon və qövmünü tərk etdikdən sonra Misirin şərqində yerləşən Mədyən bölgəsinə getdiyini və burada heyvanlarını sulaya bilmədikləri üçün Mədyən bulağından kənarda dayanan iki qadın gördüyünü bildirir. Hz. Musa qadınlardan niyə kənarda dayandıqlarını soruşmuş, qadınlar atalarının yaşlandığı üçün heyvanlarını özlərinin suladıqlarını, ancaq ətrafındakı çobanların heyvanlarını sulayıb bitirmələrini gözlədiklərini söyləmişlər. Allah Quranda qadınların bu vəziyyətlərini belə izah etdiklərini bildirir:O, Mədyən sulağına gəlib çatanda quyunun yanında (heyvanlarına) su verən adamlar gördü. Onların yaxınlığında da (qoyunlarını o biri heyvanlardan) geri çəkən iki qız görüb: “Sizə nə olub?” – dedi. Onlar dedilər: “Çobanlar (heyvanlarını) sürüb aparmamış biz (qoyunlarımıza) su verə bilmirik. Atamız da çox qocadır” (Qəsəs Surəsi, 23) Məqalənin davamı »
-
Səba hökmdarı Bəlqis
Hz. Süleyman yaşadığı dövrdə Allahın lütfü və nemətləri sayəsində əsrlər sonra belə insanları heyrətləndirən böyük hökmranlıq qurmuşdur. Hz. Süleyman cinlərdən və insanlardan ibarət olan ordusu ilə çox güclü hakimiyyət əldə etmişdir. Hz. Süleymanın sarayı isə dövrün ən inkişaf etmiş texnikasından istifadə edilərək yüksək estetik zövqlə tikilmişdir. Səba hökmdarı Bəlqis isə Hz. Süleymanın hökmranlığı dövründə yaşamış başqa bir ölkənin hökmdarıdır. Quranda Hz. Süleyman ilə Səba hökmdarı Bəlqis arasında iki ölkənin siyasi və iqtisadi əlaqələri haqqında gedən bəzi dialoqlar yer almışdır. Şübhəsiz ki, bütün bu məlumatlar iman edənlər üçün bir çox hikmət və nəsihət ehtiva edir. Allah Quranda Hz. Süleymanın ordusunda olan Hüdhüdün Səba hökmdarı haqqında əhəmiyyətli məlumatlar verdiyini bildirir: Məqalənin davamı » -
Fironun həyat yoldaşının gözəl əxlaqı
Allah Quranda iman edənlər üçün iki nümunəvi qadından bəhs etmişdir. Bunlardan biri Hz. Məryəm, digəri isə Fironun xanımıdır. Allah Hz. Məryəmin iffətini, Allaha olan könüldən bağlılığını və güclü imanını nümunə göstərmiş və onu bütün aləmlərin qadınlarından üstün etdiyini bildirmişdir. Fironun xanımının üstün əxlaqını isə Allah Quranda belə bildirir:“Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!”– demişdi.(Təhrim Surəsi, 11)
-
Hz. Yusuf dövründəki misirli əzizin xanımı
Allahın Quranda diqqət çəkdiyi qadınlardan biri də Misirdə olan Əzizin arvadıdır. Hz.Yusuf qardaşlarının özünə qurduğu tələ nəticəsində kölə taciri tərəfindən bu Misirli Əzizə satılmışdır. Allah Quranda Əziz ilə arvadının Hz. Yusufu yanlarına götürmələrini belə xəbər verir:Onu alan Misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək” – dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir. (Yusuf) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. (Yusif Surəsi, 21-22) Məqalənin davamı »
-
Həzrəti Məryəm
Allah Hz. Məryəmi Bütün Aləmlərin Qadınlarına Üstün EtmişdirHz. Məryəm həyatının hər anında, gördüyü hər işdə Allaha yönələn, Allahın adını ucaldan, Rəbbimizə ürəkdən bağlı, səmimi mömindir. Allah İmran ailəsini aləmlərə üstün etdiyi kimi bu ailəyə mənsub olan Hz. Məryəmi də seçmiş, onu ən gözəl şəkildə yetişdirərək bütün pisliklərdən təmizləmiş və onu aləmlərin qadınlarına üstün etmişdir. Allah Quranda Hz. Məryəmin bu üstünlüyünü belə bildirir:
Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!” (Ali İmran Surəsi, 42-43) Məqalənin davamı »
Son yazılar
- Qadınların razı salınaraq boşanılması
- Müsəlman Qadın emosional deyil
- Ailə həyatında Qadına verilən dəyər
- Müsəlman Qadın nəcibdir
- Qadın-Kişi bərabərsizliyinə çarə: Quran Əxlaqı
- Müsəlman Qadın güclü və iradəli bir xarakterə sahibdir
- Müsəlman Qadın mülayim və təmkinlidir
- Müsəlman Qadın boş sözlərdən və işlərdən çəkinir
- Müsəlman qadının üstün şəxsiyyəti
- Müsəlman qadının idealları böyükdür
