‘Müsəlman qadının xüsusiyyətləri’ Bölməsindən məqalələr
-
Müsəlman Qadın emosional deyil
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
Emosionallıq din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi xüsusiyyət hesab edilmir. Hətta emosionallığın əslində hər insanın xarakterində az-çox mövcud olan əhəmiyyətli xüsusiyyət olduğuna inanılır. Bu düşüncəyə görə emosionallığın səbəb olduğu hərəkətlər də lazımlı insani duyğulardır. Buna görə də emosionallıqdan qaynaqlanan ‘incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik’ kimi yanlış xüsusiyyətlərin, ‘insanın içindən gələn duyğular’ olduğu iddia edilərək daima buna təşviq edirlər.Halbuki, bu düşüncə tamamilə səhvdir. Xüsusilə də cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində görünən emosionallıq, insanın zəif xarakter göstərməsinə səbəb olur. İnsan hadisələr qarşısında duyğularının onu istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün ağılla davranmır. Məntiqli və doğru düşünə bilmir, məqsədəuyğun qərarlar qəbul edə bilmir. Məqalənin davamı »
-
Müsəlman Qadın nəcibdir
Allah Quranın “Nəfsə və onu yaradana”, sonra ona fücurunu (sərhəd tanımayan günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun). Onu təmizləyən həqiqətən qurtulmuşdur. Və onu (günaha) batıran isə ziyana uğramışdır.” (Şəms Surəsi, 7-10) ayələriylə idarə olunmadığı təqdirdə nəfsin insanı sərhəd tanımayan pisliklərə sürüyəcəyinə diqqət çəkmişdir. Allah qorxusu və axirət inancı insanlara nəfslərində olan bu pisliklərdən çəkinəcək gücü və ağlı qazandırır.Bu xüsusiyyətlər olmadıqda insan dünyada etdiklərindən axirətdə Allah tərəfindən məsul tutulacağını düşünmədən hərəkət edər. Bu vəziyyətdə də nəfsinin istəklərini yerinə yetirməkdən qorxmaz. Niyyəti hər nə qədər pis də olsa bundan çəkinmək üçün özünə tutarlı səbəb tapa bilməz. O anda nəfsi hirslənməsini ilham edirsə dərhal bu təlqinə qapılar. Ya da qısqanclıq təlqini verib buna bağlı olaraq qarşı tərəfə pis münasibət göstərməsini təlqin edirsə, bunu da dərhal tətbiq edər. Nəfsi hirsini, ya da qısqanclığını tənəli sözlər söyləyərək, lağ edərək, böhtan ataraq, yalan danışaraq, intriqa edərək, ikiüzlülük etməsini ilham edirsə bütün bunları heç düşünmədən dərhal edər. Allaha hesab verəcəyini düşünmədiyi üçün də bütün bunları tətbiq etməkdən heç qorxmaz. Məqalənin davamı »
-
Müsəlman Qadın güclü və iradəli bir xarakterə sahibdir
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
Cahiliyyə əxlaqında güc deyildikdə pul, şan-şöhrət, nüfuz nəzərdə tutulur. Bunlardan ən azı biri əldə edilə bilinəcəyi zaman güclü olacağına inanılır. Bəzən də insanlar bu xüsusiyyətlərə sahib olan şəxslərin himayələri altında olacaqları zaman özlərini güclü hiss edəcəklərini düşünürlər. Halbuki, dünya həyatının ötəri dəyərləriylə qazanılan və hər an əldən çıxma təhlükəsi olan gücün, eyni şəkildə asanlıqla itirilməsi də mümkündür.Möminlər isə güclərini imanlarından alırlar. Buna görə də şərtlərdən asılı olmayaraq güclərində heç bir dəyişiklik olmur. Bu, mömin qadının da xarakterini təyin edən əhəmiyyətli xüsusiyyətdir. Allah Quranda güclü, heç zaman sarsılmayan, şərəfli xüsusiyyətə sahib olan şəxsiyyətlərə belə diqqət çəkir:
“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (Maidə Surəsi, 54)
Allahın bu ayədə bildirdiyi başqa əhəmiyyətli mömin xüsusiyyəti isə iman edənlərin, insanların qınamasından təsirlənməyən güclü şəxsiyyətə sahib olmalarıdır. Möminlər tarix boyu bir çox peyğəmbərin yaşadıqları cəmiyyətlər tərəfindən müxtəlif şəkillərdə günahlandırılıb qınandıqlarını, əziyyətlərə məruz qaldıqlarını, yurdlarından sürgün edildiklərini və hətta bu səbəbdən öldürüldüklərini bilirlər. Məqalənin davamı »
-
Müsəlman Qadın mülayim və təmkinlidir
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
Həyatı özlərinin təyin etdikləri qaydalarla yaşayan insanlar, nəfslərinin o andakı istəklərinə tabe olaraq asanlıqla bu qaydaları poza bilirlər. Həyatlarına istiqamət verən və xarakterlərini davamlı olaraq sabit qalmağı təmin edən, doğru olduğuna inandıqları yol yoxdur. Buna görə də vaxt keçdikcə xarakterləri dəyişir. Davranışlarında müəyyən bir sabitlikdən bəhs etmək mümkün olmur.
Ümumiyyətlə, bu şəxslərin xarakterlərindəki dəyişikliyi təyin edən güc nəfsləridir. Allah Quranda nəfslərin eqoist ehtiraslara uyğun olaraq yaradıldığını bildirir. Əgər insan nəfsinə özünü istiqamətləndirməyə icazə versə, bu zaman onun xarakteri bu eqoist ehtiraslara uyğun formalaşacaq. Bu eqoist ehtiraslar isə təmkinli və mülayim şəxsiyyət nümayiş etdirməsinə təsir edəcək. İnsan nəfsinin təlqinləri nəticəsində bir anda hirslənəcək, romantikləşəcək, küsüb-inciyəcək, qısqanclıq edəcək və bunlara bağlı olaraq da ani qərarlar verəcək. Məqalənin davamı »
-
Müsəlman Qadın boş sözlərdən və işlərdən çəkinir
Boş sözlər danışmaq, ya da boş işlərlə əylənmək, cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində tez-tez rast gəlinən haldır. Böyük idealları olmadığı təqdirdə, bu əxlaqın hakim olduğu qadın xarakterində əhəmiyyətli olan müəyyən şeylər var. Bunlardan özlərinə, ailələrinə, ya da ətrafındakılara fayda verənləri olduğu kimi, yalnız özlərini əyləndirmək üçün əldə etdikləri bəzi vərdişlər də olur. Bu vərdişlərdən bəziləri həftənin müəyyən günlərində rəfiqələri ilə görüşərək vaxt keçirmək, bütün gününü heç bir fayda verməyən proqramlar izləyərək televiziya qarşısında keçirmək, saatlarla davam edən telefon söhbətlərində, ya da ev söhbətlərində kiçik-böyük hər mövzudan şikayət etmək, dedi-qodu etmək, insanların qüsurlarını dilə gətirməkdir. Bütün bunların ortaq xüsusiyyəti isə, ümumiyyətlə, nə özlərinə, nə də başqalarına heç bir fayda verməyən vərdişlər olmasıdır. Məqalənin davamı » -
Müsəlman qadının üstün şəxsiyyəti
Səmimiyyət insanın daxili ilə xaricinin eyni olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, çox dürüst, açıq və dəqiq olmasıdır. Səmimi insanın bütün hərəkətləri təbii şəkildədir və bu təbiilik də insanlar üzərində çox dərin və müsbət təsir meydana gətirir. Ancaq insanların çoxu səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Buna görə də, ancaq səmimiyyətlə qazanılan bu xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar. Bəzi insanlar qarşılarındakı şəxslərə təsir etmək üçün süniliyə müraciət edirlər. O adamın ən çox hansı hərəkətlərdən, hansı düşüncələrdən təsirlənəcəyini düşünürlər və istəmədikləri, ya da o cür düşünmədikləri halda olsalar da qarşı tərəfi razı etmək üçün o cür görünməyə çalışırlar. Ya da çəkinmədən bir-birlərinə yalan danışıb aldadır, bir insan haqqındakı mənfi qənaətlərini gizlədər və ondan soruşulduqda tam tərsinə məlumat verirlər. Məqalənin davamı » -
Müsəlman qadının idealları böyükdür
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
Cahiliyyə qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri bu şəxslərin üfüqləri, idealları, düşüncələri və həyat tərzlərinin çox dar sahə ilə məhdudlaşmasıdır. Bu xarakteri mənimsəyən qadınlar üçün cəmiyyətin nəzərdə tutduğu bəzi müəyyən vəzifə və məsuliyyətləri var. Əslində onlardan gözlənilən sadəcə olaraq bunları ən yaxşı şəkildə yerinə yetirmələridir. Bunların xaricində fərqli ideallara sahib olmaları, ya da fərqli mövzularda özlərini inkişaf etdirmələri üçün, ümumiyyətlə, qadınlara imkan verilmir. Qadınlar ancaq bu vəziyyətdən xəbər tutduqları, həyatlarını daha fərqli və daha böyük ideallar üzərinə qurma ehtiyacını duyduqları təqdirdə özlərini inkişaf etdirib, düşüncə üfüqlərinin sərhədlərini genişləndirə bilərlər.Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyətlər isə, ümumilikdə götürsək, ailəsini və evini maddi və mənəvi baxımdan yaxşı şəkildə idarə etməsi və uşaqlarını yetişdirməsidir. Bunların xaricində qadınların uşaqlıq illərindən etibarən aldıqları təlqinlər əsasında maraqlandıqları mövzular isə tamamilə özlərinə aiddir. Məqalənin davamı »
-
Müsəlman qadının rəhbəri Quran və Peyğəmbərimiz (səv)-in sünnəsidir
İman edən bütün insanlar kimi müsəlman qadının da tək rəhbəri Qurani Kərim və Peyğəmbərimiz (səv)-in sünnəsidir. Mömin qadın bütün şəxsiyyətini, xarakter xüsusiyyətlərini, həyat tərzini, ideallarını, istəklərini, rəftarlarını və əxlaqını Qurana və Peyğəmbərimiz (səv)-in tövsiyyələrinə görə təyin edir. Allah möminlər üçün ən doğru və ən gözəl hökmlərin Quranda olduğunu “…Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (Maidə, 50) ayəsiylə insanlara bildirmişdir. Başqa bir ayədə isə Allah Quranın iman edənlər üçün hər mövzuda doğru yolu göstərən kitab olduğunu belə xəbər vermişdir:“… Biz Kitabı sənə, hər şeyin açıqlayıcısı, Müsəlmanlara bir hidayət, bir rəhmət və bir müjdə olaraq endirdik.” (Nəhl Surəsi, 89) Məqalənin davamı »
-
Müsəlman qadın Allaha təslim olmuşdur
Müsəlman qadın Allaha səmimi qəlbdən iman etmiş və dərin Allah qorxusuyla boyun əymişdir. Allahdan başqa bir İlah olmadığını, Onun bütün varlıqların tək hakimi və sonsuz güc sahibi olduğunu dərk etmişdir. Buna görə də sadəcə Allahdan qorxur və yalnız Onun razılığını axtarır. Yalnız Allaha ibadət edir, Onu dost bilir və yalnız Ondan kömək istəyir. Hər hansı bir xeyirlə üzləşsə bunu ona ancaq Allahın verə biləcəyini və eyni şəkildə ona dəyən zərər varsa, bunun qarşısını da Allahın ala biləcəyini, özünü ancaq Allahın qoruya biləcəyini bilərək yaşayır.Yalnız Allaha möhtac olduğunu, özünü həyatda yaşadan, ona nemət verən və kömək edən, qoruyan tək gücün Allah olduğunu bilir. Buna görə də heç vaxt insanlardan nəsə ummur. Allaha heç bir şəkk-şübhə duymadan iman etmişdir. İmanındakı bu səmimiyyətini həyatının sonuna qədər, hər an davam etdirir, həyatının hər mərhələsində, nə qədər çətinliklərlə qarşılaşsa belə, Allaha olan bu səmimi inancından imtina etmir. Nemət içərisində olduğunda Allaha qarşı olan şükrünü, məmnuniyyətini şərtlər əksinə olduqda da eyni təslimiyyətlə davam etdirir. Məqalənin davamı »
-
Qurana görə ideal müsəlman qadın xarakteri
İmanın qadını nə qədər xeyirli bir insan halına gətirdiyinə Allah Quranın “Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.” (Bəqərə Surəsi, 221) ayəsiylə diqqət çəkir. Məqalənin davamı »
Son yazılar
- Qadınların razı salınaraq boşanılması
- Müsəlman Qadın emosional deyil
- Ailə həyatında Qadına verilən dəyər
- Müsəlman Qadın nəcibdir
- Qadın-Kişi bərabərsizliyinə çarə: Quran Əxlaqı
- Müsəlman Qadın güclü və iradəli bir xarakterə sahibdir
- Müsəlman Qadın mülayim və təmkinlidir
- Müsəlman Qadın boş sözlərdən və işlərdən çəkinir
- Müsəlman qadının üstün şəxsiyyəti
- Müsəlman qadının idealları böyükdür
