‘İnkarçı qadınlar’ Bölməsindən məqalələr

  • İnkarçı qadınlar: Hz. Lutun və Hz. Nuhun həyat yoldaşları

    Tarix: 23.04.10 | Bölmə: Quranda adı keçən qadınlar, İnkarçı qadınlar | Şərhlər: 0

    Allah Quranda imanlarındakı səmimiyyətləri və əxlaqlarının gözəlliyi ilə nümunə olan qadınlardan əlavə, inkar edən və buna görə də cəhənnəm əzabına düçar olan qadınlar haqqında da məlumat vermişdir. Allahın Quranda diqqət çəkdiyi bu qadınların ikisinin də ən əhəmiyyətli xüsusiyyətləri peyğəmbərlərin həyat yoldaşları olmalarıdır.

    Peyğəmbərlər Allahın seçdiyi, elçi olmaqla şərəfləndirdiyi, elmlərini və güclərini artırdığı üstün insanlardır. Buna görə də Hz. Nuhun və Hz. Lutun həyat yoldaşlarının peyğəmbərlərin səmimi şəxsiyyətlərinə, gözəl əxlaqlarına, hikmətli danışıqlarına, ağıllı qərarlarına hər an şahid olduqları və onların Allahdan gələn haqq sözlə hərəkət etdiklərini bildikləri halda iman etməmələri çox əhəmiyyətlidir. Onların bu hərəkətləri bütün iman edənlər üçün ibrət olmalıdır. Məqalənin davamı »

  • Hz. Yusuf dövründəki misirli əzizin xanımı

    Tarix: 17.04.10 | Bölmə: Quranda adı keçən qadınlar, İnkarçı qadınlar | Şərhlər: 0

    Allahın Quranda diqqət çəkdiyi qadınlardan biri də Misirdə olan Əzizin arvadıdır. Hz.Yusuf qardaşlarının özünə qurduğu tələ nəticəsində kölə taciri tərəfindən bu Misirli Əzizə satılmışdır. Allah Quranda Əziz ilə arvadının Hz. Yusufu yanlarına götürmələrini belə xəbər verir:

    Onu alan Misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək” – dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir. (Yusuf) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. (Yusif Surəsi, 21-22) Məqalənin davamı »