• Qadınların razı salınaraq boşanılması

    Tarix: 23.05.10 | Bölmə: Quranda Qadın | Şərhlər: 0

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    İman və Allah qorxusu insanların həyatlarının hər anında vicdanlarına və Quran əxlaqına uyğun şəkildə hərəkət etmələrini təmin edir. Əks təqdirdə isə insanı nəfsinin eqoist istəkləri və şeytanın təlqinləri istiqamətləndirir. Bu da insanları doğru və gözəl olan münasibətlər əvəzinə nəfsini razı edəcək, şəxsi mənfəətlərini qoruyacaq davranışlara  gətirib çıxarır. Bu dünyagörüşü, boşanma zamanı iki insan arasındakı bəzi maddi əlaqələrə son verərkən özünü büruzə verir.

    Boşanma, nəfslərinin özünü idarə etməsinə icazə verən bəzi insanlar üçün, qarşı tərəflə olan bütün mənfəətlərin sona çatdırılması mənasını verir. Belələri mənfəətlər bitdiyindən qarşı tərəfə qayğı və maraq göstərmək üçün heç bir səbəb qalmadığına inanırlar. Çox vaxt ayrıldıqları insanlara qarşı bütün sevgi və hörmət hisslərini də itirdikləri üçün onlara qarşı yaxşılıq etmək istəmirlər. Yalnız öz mənfəətlərini düşünür, qarşı tərəfin vəziyyətini, çətinlik və ehtiyac içərisində olduğunu nəzərə almırlar. Məqalənin davamı »

  • Müsəlman Qadın emosional deyil

    Tarix: 12.05.10 | Bölmə: Müsəlman qadının xüsusiyyətləri | Şərhlər: 3

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    Emosionallıq din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi xüsusiyyət hesab edilmir. Hətta emosionallığın əslində hər insanın xarakterində az-çox mövcud olan əhəmiyyətli xüsusiyyət olduğuna inanılır. Bu düşüncəyə görə emosionallığın səbəb olduğu hərəkətlər də lazımlı insani duyğulardır. Buna görə də emosionallıqdan qaynaqlanan ‘incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik’ kimi yanlış xüsusiyyətlərin, ‘insanın içindən gələn duyğular’ olduğu iddia edilərək daima buna təşviq edirlər.

    Halbuki, bu düşüncə tamamilə səhvdir. Xüsusilə də cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində görünən emosionallıq, insanın zəif xarakter göstərməsinə səbəb olur. İnsan hadisələr qarşısında duyğularının onu istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün ağılla davranmır. Məntiqli və doğru düşünə bilmir, məqsədəuyğun qərarlar qəbul edə bilmir. Məqalənin davamı »

  • Ailə həyatında Qadına verilən dəyər

    Tarix: 11.05.10 | Bölmə: Quranda Qadın | Şərhlər: 1

    İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda, bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə demək olar ki, qaçılmaz olur. Əgər insan sevgisini qarşısındakı insanın yalnız gözəlliyinə əsaslandırmışsa, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, buna görə də sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, ya da mövqe kimi dəyərlər də asanlıqla itirilməsi mümkün olan xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan, bunları itirdikdə artıq qarşısındakı adamı sevməyə, ona hörmət etməyə davam etmək üçün  heç bir səbəb tapa bilməyəcək. Məqalənin davamı »

  • Müsəlman Qadın nəcibdir

    Tarix: 03.05.10 | Bölmə: Müsəlman qadının xüsusiyyətləri | Şərhlər: 0

    Allah Quranın “Nəfsə və onu yaradana”, sonra ona fücurunu (sərhəd tanımayan günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun). Onu təmizləyən həqiqətən qurtulmuşdur. Və onu (günaha) batıran isə ziyana uğramışdır.” (Şəms Surəsi, 7-10) ayələriylə idarə olunmadığı təqdirdə nəfsin insanı sərhəd tanımayan pisliklərə sürüyəcəyinə diqqət çəkmişdir. Allah qorxusu və axirət inancı insanlara nəfslərində olan bu pisliklərdən çəkinəcək gücü və ağlı qazandırır.

    Bu xüsusiyyətlər olmadıqda insan dünyada etdiklərindən axirətdə Allah tərəfindən məsul tutulacağını düşünmədən hərəkət edər. Bu vəziyyətdə də nəfsinin istəklərini yerinə yetirməkdən qorxmaz. Niyyəti hər nə qədər pis də olsa bundan çəkinmək üçün özünə tutarlı səbəb tapa bilməz. O anda nəfsi hirslənməsini ilham edirsə dərhal bu təlqinə qapılar. Ya da qısqanclıq təlqini verib buna bağlı olaraq qarşı tərəfə pis münasibət göstərməsini  təlqin edirsə, bunu da dərhal tətbiq edər. Nəfsi hirsini, ya da qısqanclığını tənəli sözlər söyləyərək, lağ edərək, böhtan ataraq, yalan danışaraq, intriqa edərək, ikiüzlülük etməsini ilham edirsə bütün bunları heç düşünmədən dərhal edər. Allaha hesab verəcəyini düşünmədiyi üçün də bütün bunları tətbiq etməkdən heç qorxmaz. Məqalənin davamı »

  • Qadın-Kişi bərabərsizliyinə çarə: Quran Əxlaqı

    Tarix: 03.05.10 | Bölmə: Quranda Qadın | Şərhlər: 0

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    Həqiqi ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrıseçkiliyi çox qabarıq şəkildə nəzərə çarpır. Dünyadakı qadın-kişi bərabərsizliyi son dərəcə əhəmiyyətli problem yaratmışdır. Belə ki, dünyadakı bir çox ölkədə qadınlara çox vaxt ikinci təbəqə nümayəndəsi kimi baxılır və onlar cəmiyyətdən tədric edilirlər. Gücsüz və qorunmağa möhtac olduqları zənn edildiyi üçün əzilir və haqqları əllərindən alınır. Buna görə də qadınların fikirlərinə  çox əhəmiyyət verilmir.

    Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların işləyib müəyyən bir mövqeyə sahib olmalarına, hər hansı bir karyera əldə edərək zəkalarını, bacarıqlarını sübut etmələrinə əngəl törədilir. Bütün dünyada qadınlara özünə inamı olmayan, qeyri-sabit, zehni cəhətdən o qədər də inkişaf etməmiş insan kimi baxırlar. Bu yanlış “qadın xarakteri” anlayışı nəticəsində edilən hər hansısa səhv, o adamın insan olduğu üçün yox, qadın olduğu üçün etdiyi səhv kimi göstərilir. Məqalənin davamı »

  • Müsəlman Qadın güclü və iradəli bir xarakterə sahibdir

    Tarix: 30.04.10 | Bölmə: Müsəlman qadının xüsusiyyətləri | Şərhlər: 0

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    Cahiliyyə əxlaqında güc deyildikdə pul, şan-şöhrət, nüfuz nəzərdə tutulur. Bunlardan ən azı biri əldə edilə bilinəcəyi zaman güclü olacağına inanılır. Bəzən də insanlar bu xüsusiyyətlərə sahib olan şəxslərin himayələri altında olacaqları zaman özlərini güclü hiss edəcəklərini düşünürlər. Halbuki, dünya həyatının ötəri dəyərləriylə qazanılan və hər an əldən çıxma təhlükəsi olan gücün, eyni şəkildə asanlıqla itirilməsi də mümkündür.

    Möminlər isə güclərini imanlarından alırlar. Buna görə də şərtlərdən asılı olmayaraq güclərində heç bir dəyişiklik olmur. Bu, mömin qadının da xarakterini təyin edən əhəmiyyətli xüsusiyyətdir. Allah Quranda güclü, heç zaman sarsılmayan, şərəfli xüsusiyyətə sahib olan şəxsiyyətlərə belə diqqət çəkir:

    “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (Maidə Surəsi, 54)

    Allahın bu ayədə bildirdiyi  başqa əhəmiyyətli mömin xüsusiyyəti isə iman edənlərin, insanların qınamasından təsirlənməyən güclü şəxsiyyətə sahib olmalarıdır. Möminlər tarix boyu bir çox peyğəmbərin yaşadıqları cəmiyyətlər tərəfindən müxtəlif şəkillərdə günahlandırılıb qınandıqlarını, əziyyətlərə məruz qaldıqlarını, yurdlarından sürgün edildiklərini və hətta bu səbəbdən öldürüldüklərini bilirlər. Məqalənin davamı »

  • Müsəlman Qadın mülayim və təmkinlidir

    Tarix: 27.04.10 | Bölmə: Müsəlman qadının xüsusiyyətləri | Şərhlər: 1

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    Həyatı özlərinin təyin etdikləri qaydalarla yaşayan insanlar, nəfslərinin o andakı istəklərinə tabe olaraq asanlıqla bu qaydaları poza bilirlər. Həyatlarına istiqamət verən və xarakterlərini davamlı olaraq sabit qalmağı təmin edən, doğru olduğuna inandıqları yol yoxdur. Buna görə də vaxt keçdikcə xarakterləri dəyişir. Davranışlarında müəyyən bir sabitlikdən bəhs etmək mümkün olmur.

    Ümumiyyətlə, bu şəxslərin xarakterlərindəki dəyişikliyi təyin edən güc nəfsləridir. Allah Quranda nəfslərin eqoist ehtiraslara uyğun olaraq yaradıldığını bildirir. Əgər insan nəfsinə özünü istiqamətləndirməyə icazə versə, bu zaman onun xarakteri bu eqoist ehtiraslara uyğun formalaşacaq. Bu eqoist ehtiraslar isə təmkinli və mülayim şəxsiyyət nümayiş etdirməsinə təsir edəcək. İnsan nəfsinin təlqinləri nəticəsində bir anda hirslənəcək, romantikləşəcək, küsüb-inciyəcək, qısqanclıq edəcək və bunlara bağlı olaraq da ani qərarlar verəcək. Məqalənin davamı »

  • Müsəlman Qadın boş sözlərdən və işlərdən çəkinir

    Tarix: 26.04.10 | Bölmə: Müsəlman qadının xüsusiyyətləri | Şərhlər: 1

    Boş sözlər danışmaq, ya da boş işlərlə əylənmək, cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində tez-tez rast gəlinən haldır. Böyük idealları olmadığı təqdirdə, bu əxlaqın hakim olduğu qadın xarakterində əhəmiyyətli olan müəyyən şeylər var. Bunlardan özlərinə, ailələrinə, ya da ətrafındakılara fayda verənləri olduğu kimi, yalnız özlərini əyləndirmək üçün əldə etdikləri bəzi vərdişlər də olur. Bu vərdişlərdən bəziləri  həftənin müəyyən günlərində rəfiqələri  ilə görüşərək vaxt keçirmək, bütün gününü heç bir fayda verməyən proqramlar izləyərək televiziya qarşısında keçirmək, saatlarla davam edən telefon söhbətlərində, ya da ev söhbətlərində kiçik-böyük hər mövzudan şikayət etmək, dedi-qodu etmək, insanların qüsurlarını dilə gətirməkdir. Bütün bunların ortaq xüsusiyyəti isə, ümumiyyətlə, nə özlərinə, nə də başqalarına heç bir fayda verməyən vərdişlər olmasıdır. Məqalənin davamı »

  • Müsəlman qadının üstün şəxsiyyəti

    Tarix: 24.04.10 | Bölmə: Müsəlman qadının xüsusiyyətləri | Şərhlər: 0

    Səmimiyyət insanın daxili ilə xaricinin eyni olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, çox dürüst, açıq və dəqiq olmasıdır. Səmimi insanın bütün hərəkətləri təbii şəkildədir və bu təbiilik də insanlar üzərində çox dərin və müsbət təsir meydana gətirir. Ancaq insanların çoxu səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Buna görə də, ancaq səmimiyyətlə qazanılan bu xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar. Bəzi insanlar qarşılarındakı şəxslərə təsir etmək üçün süniliyə müraciət edirlər. O adamın ən çox hansı hərəkətlərdən, hansı düşüncələrdən təsirlənəcəyini düşünürlər və istəmədikləri, ya da o cür düşünmədikləri halda olsalar da qarşı tərəfi razı etmək üçün o cür görünməyə çalışırlar. Ya da çəkinmədən bir-birlərinə yalan danışıb aldadır, bir insan haqqındakı mənfi qənaətlərini gizlədər və ondan soruşulduqda tam tərsinə məlumat verirlər. Məqalənin davamı »

  • Müsəlman qadının idealları böyükdür

    Tarix: 24.04.10 | Bölmə: Müsəlman qadının xüsusiyyətləri | Şərhlər: 0

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    Cahiliyyə qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri bu şəxslərin üfüqləri, idealları, düşüncələri və həyat tərzlərinin çox dar sahə ilə məhdudlaşmasıdır. Bu xarakteri mənimsəyən qadınlar üçün cəmiyyətin nəzərdə tutduğu bəzi müəyyən vəzifə və məsuliyyətləri var. Əslində onlardan gözlənilən sadəcə olaraq bunları ən yaxşı şəkildə yerinə yetirmələridir. Bunların xaricində fərqli ideallara sahib olmaları, ya da fərqli mövzularda özlərini inkişaf etdirmələri üçün, ümumiyyətlə, qadınlara imkan verilmir. Qadınlar ancaq bu vəziyyətdən xəbər tutduqları, həyatlarını daha fərqli və daha böyük ideallar üzərinə qurma ehtiyacını duyduqları təqdirdə özlərini inkişaf etdirib, düşüncə üfüqlərinin sərhədlərini genişləndirə bilərlər.

    Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyətlər isə, ümumilikdə götürsək, ailəsini və evini maddi və mənəvi baxımdan yaxşı şəkildə idarə etməsi və uşaqlarını yetişdirməsidir. Bunların xaricində qadınların uşaqlıq illərindən etibarən aldıqları təlqinlər əsasında maraqlandıqları mövzular isə tamamilə özlərinə aiddir. Məqalənin davamı »